Архив
Словарь
(ingiliscə - iron law - dəmir qanun) - orta əməkhaqqını işçi qüvvəsinin saxlanmasını və təkrar istehsalını təmin edən məsrəflərin həcmi ilə müəyyənləşdirən konsepsiya. Qanun alman filosofu Ferdinand Lassal (1925-1964) tərəfindən formalaşdırılmışdır. Daha dəqiq adı “dəmir iqtisadi qanun”dur, “əməkhaqqının dəmir qanunu” kimi də tanınır. Qanunun əsasında məhsulun qiymətini formalaşdıran əmək və kapitaldan ibarət istehsal xərcləri konsepsiyası dayanır. Əmək məsrəflərinə qida, geyim, əmək qabiliyyətinin saxlasnılması daxil olmalıdır. Əməkhaqqı da bu məbləğ ətrafında tərəddüd etməlidir. Həmin məbləğdən çox olarsa, bu, rifahın yaxşılaşmasına, əhali artımına, işçi qüvvəsi təklifinin yüksəlməsinə gətirib çıxaracaq və öz növbəsində, əməkhaqqı aşağı düşəcəkdir. Əks halda - əməkhaqqı azalarsa, rifah pisləşəcək, doğum səviyyəsi düşəcək və işçi qüvvəsi təklifi azalacaq ki, bu da əməkhaqqının artmasına gətirib çıxaracaq.