Архив
Словарь
DENARİY, DENARÜS
(latınca - denarius - ondan (say qismində) ibarət) - 10 assdan ibarət 4,5 qram gümüş əyarlı qədim roma pul vahidi. Onun sikkə halına salınaraq dövriyyəyə buraxılması b.e.ə. III əsrdə başlanılmışdır. Hazırda da bir sıra ölkələrdə istifadə edilən pul vahidi - «dinar»ın adı da «denariy»ə gedib çıxır.