gototop gototop

Словарь

AKTİV, AKTİVLƏR

(latınca activus - təsirli, kəsərli, fəal) 1) Müəssisəyə, şirkətə məxsus əmlak və pul vəsaitləri (binalar, qurğular, maşın və avadanlıqlar, material ehtiyatları, bank qoyuluşları, qiymətli kağızlar, patent, müəlliflik huququ və s.). Aktivlər material (maddi) və qeyri-material (qeyri-maddi) olmaqla iki qrupa ayrılır; 2) Balansın aktivi - müəsisənin mühasibat balansının hissəsi. Burada müəssisəyə məxsus material və qeyri-material qiymətlilər, onların tərkibi və yerləşməsi əksini tapır; 3) Gəlirlərin xərcləri üstələməsi.