gototop gototop

Словарь

DEKLARASİYA (BƏYANNAMƏ)

(latınca - declaratio - ərizə, bəyanat, bəyannamə elan) - vergilərin, rüsumların həcminin müəyyənləşdirilıməsi üçün gəlirlər, istehsal olunmuş məhsulun miqdarı və ya mövcud əmlak haqqında dövlət orqanlarına təqdim edilən rəsmi məlumat. Deklarasiyanın gömrük - sərhəddi keçmək üçün qiymətli əşyalar haqqında (adları, sayı, qiyməti, qablaşdırma növü və s.) gömrük məntəqəsinə təqdim edilən ərizə, poçt - sərhəddən kənara göndərilən pul və qiymətli zərflərə əlavə edilmiş poçt sənədi, vergi - gəlirinin, əmlakının və s. miqdarı haqqında verginin ödənilməsinə cəlb olunan şəxsin ərizəsi - kimi növləri vardır. Deklerasiya təqdim edən şəxs deklarant adlandırılır.