Архив
Словарь
(ingiliscə - The Concept of Sustainable Development - Davamlı İnkişaf Konsepsiyası) - bütün insanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsinə əsaslan, hazırki dövrdə bütün tələbatları ödəməklə yanaşı, həmçinin gələcək nəsillərin də tələbatlarını ödəmək qabiliyyəti və istəyində təhlükəsizliyini təminatlandıran yeni sosial-iqtisadi paradiqma. Konsepsiyaya görə, gələcək nəsillərə əlavə xərclər qalmır, təkrar istehsal daim genişlənir, xarici effektlər minimuma enir. Davamlı İnkişaf Konsepsiyasının əsasını ekoloji, iqtisadi və sosial vəzifələrin harmoniyasında mərkəzləşən triada təşkil edir. Beynəlxalq arenada «davamlı inkişaf» anlayışı Təbiəti Beynəlxalq Mühafizə İttifaqının, Dünya Təbiət Fondunun və BMT-nin Təbiəti Mühafizə Proqamının (UNEP) 1980-ci ildə birgə hazırladıqları təbiəti mühafizənin beynəlxalq strategiyası sənədlərində əksini tapmışdır. 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Brazilyanın Rio-de-Janeyro şəhərində ətraf mühütə zərər vermədən iqtisadiyyatın irəliləyişinə, kasıb və varlı ölkələr arasında fərqin azaldılması ilə bütün sferalarda partnyorluq münasibətlərinin genişlənməsinə nailolmanı hədəf seçən «Yer problemləri üzrə yüksək səviyyəli görüş» adlı dünyanın 179 dövlət başçısının iştirak etdiyi ilk beynəlxalq konfrans keçirilmişdir.