Архив
Словарь
CƏNUB-ŞƏRQİ ASİYA ÖLKƏLƏRİ İTTİFAQI, SEATO
(ingiliscə - South-East Asia Treaty Organization, SEATO - Cənub-Şərqi Asiya Ölkələri İttifaqı, SEATO) - 8 sentyabr 1954-cü ildə ABŞ, Böyük Britaniya, Fransa, Yeni Zelandiya, Avstraliya, Filippin, Tailand və Pakistanın təmsilçiliyi ilə yaradılmış Asiya-Sakit Okeon regionu ölkələrinin hərbi siyası bloku. Manila bloku (ingilicsə - Manila Pact - Manila bloku) da adlandırılan bu ittifaq 1955-1977-ci ildə mövcud olnmuşdur. Devizi birlik, sülh və tərəqqi olan SEATO müvafiq hərbi təlimlər aparmış, mənzil-qərərgahı Tailandın paytaxtı Banqoqda yerləşmişdir.