gototop gototop

Словарь

BÖYÜK SƏKKIZLİK

“BÖYÜK SƏKKIZLİK”-(ingiliscə - Group of eight, G8 - böyük səkkizliklər) ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Kanada və Rusiyanın daxil olduğu dünyanın aparıcı dövlətlər qrupu. Qrupun işində Avropa Komissiyası da iştirak edir. “Böyük səkkizlik”yi həmin qrupa daxil olan ölkələrin liderlərinin beynəlxalq aktual problemlərə yanaşmalarda razılaşmaları həyata keçirən qeyri-rəsmi forumu da adlandırırlar. “Böyük səkkizlik” beynəlxalq təşkilat statusna malik deyildir. O, beynəlxalq müqavilələr əsasında yaradılmamışdır, nizamnamə və katibliyi də yoxdur. Bu baxımdan burada qəbul edilən qərarlar mütləq gücə malik deyillər. “Böyük səkkizlik” öncə “Böyük altılıq” formatında fəaliyyət göstərmişdir. Onun ilk iclası ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın təmsilçiliyi ilə 15-17 noyabr 1975-ci ildə Fransada maliyyə nazirləri səviyyəsində keçirilmişdir. 1976-ci ildə “Böyük altılığ”a ABŞ-la sıx siyasi-iqtisadi əməkdaşlıqda olan neytrallaşdırıcı və balanslaşdırıcı element funksiyalarını yerinə yetirən Kanada da cəlb edilmişdir. Bununla “Böyük altılıq” “Böyük yeddiliy”ə çevrilmişdir. Lakin Kanada öz tarixi xüsusiyyətləri, insan, sənaye potensialı və xarici iqtisadi əlaqələr komleksinə görə, digər tip dövlətlərə aid olunur. Rusiyanın böyük iqtisadi potensialı, hərbi-siyasi çəkili dövlət olduğu və digər bu kimi mühüm cəhətləri də nəzərə alınaraq 7-lər klubunun müəyyən işlərində onun iştirakı təmin edilmiş və beləliklə, “Böyük yeddilik” formal olaraq “Böyük səkkizliy”ə (7+1) çevrilmişdir. “Böyük səkkizlik” üzv ölkələrin iştirakı ilə hər il müvafiq toplantılar keçirir.