Архив
Словарь
“BÖYÜK İYİRMİLİK” - (ingiliscə - Group of Twenty Finance Ministers and Central Bank Governors, G20 - maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iyirmilər qrupu) - bu qrup Avropa İttifaqı və 19 ölkə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Rusiya, Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, İndoneziya, Avstraliya, Cənubi Koreya, Meksika, Brazilya və Arğentinanı əhatə edərək, iqtisadiyyatın və maliyyə siyasətinin mühüm məsələləri üzrə inkişaf etməkdə olan ölkələrlə dialoq aparmaq üçün həmin dövlətlərin maliyyə nazirlərinin təşəbbüsü ilə 15-16 dekabr 1999-cu ildə Berlində təsis olunmuşdur. «Böyük iyirmilik» müasir dünya ÜDM-nin 85%-ni verir. Dünya əhalisin 2/3-nin yaşadığı bu ölkələrin coğrafiyası planetin bütün yaşıl kontinentlərini əhatə edir.