gototop gototop

Словарь

BMT-nin TİCARƏT VƏ İNKİŞAF KONFRANSI, YUNKTAD

(ingiliscə - United Nations Conference for Trading and Development, UNCTAD - BMT-nin Ticarət və İnkişaf Konfransı, YUNKTAD) - BMT-nin Baş Assambleyasının beynəlxalq ticarət təşkilatı olmayan orqandır. 1964-cü ildə yaradılmışdır, 168 üzv ölkəni əhatə edir. YUNKTAD-ın əsas vəzifələri beynəlxalq ticarətin, dövlətlər arasında bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək, beynəlxalq iqtisadi münasibətlərin fəaliyyəti üzrə müxtəlif tövsiyələrin işlənib hazırlanmasından ibarətdir. Təşkilatın rəhbərliyi altında çoxtərəfli müqavilələr, konvensiyalar hazırlanır və onun ali orqanı olan Ticarət və inkişaf üzrə Konfrans və Şuranın çərçivəsində altı komitə fəaliyyət göstərir. YUNKTAD-da işin qrup halında prinsipi qəbul edilmiş, üzv dövlətlər sosial-iqtisadi və coğrafi prinsip üzrə dörd qrupa bölünmüşlər. YUNKTAD-ın qərarları qətnamə, bəyanat və s. forması alır və tövsiyə xarakteri daşıyır.