Архив
Словарь
(ingiscə - business (məşğul) latınca - planta - ayaq izləri - fransızca - plan - ümumi şəkil, ümumi təsəvvür) biznes əməliyyatlarının həyata keçirilməsi, firmanın hərəkəti, şirkətin əmtəələri, istehsalı, satış bazarları, marketinqi, səmərəli fəaliyyətin təşkili haqqında plan, proqram və məlumatları məcmusu. Müəssisənin fəaliyyətləndirilməsi, istehsal və xidmətlərin layihələşdirilməsi və həmçinin, investorların cəlb olunması məqsədi ilə tərtib edildiyindən yalnız firmadaxili sənəd statusu daşımır. Biznes-planda firmanın inkişaf strategiyasının iqtisadi məqsədyönlüyünü əsaslandırır, fəaliyyətin maliyyə nəticəliyinin cəbri hesabını formalaşdırılır, strategiyaya uyğun olaraq maliyyə mənbəyi müəyyən edir, planı məqsədəmüvafiq reallaşdırmaq imkanlı kadr seçimi təyin edilir. Biznes-plan sövdələşmələrin əsas protokol predmeti, partnyorlarla iş birliyi qurmanın konseptual sənədi olaraq mühüm birləşdirici keyfiyyətdə çıxış edir.