Архив
Словарь
BİZNES
(ingiliscə - business - məşğuliyyət) - gəlir götürməyə yönəldilmiş iqtisadi fəaliyyət. Nəzəri və praktiki təsnifatda biznes miqyasına görə kiçik, orta və böyük fəaliyyət qruplarına ayrılır. Hər bir biznes qrupu öz maraqlarından çıxış edərək müvafiq iqtisadi davranış münasibətləri və strategiya əsasında fəaliyyətini tənzimləyir. Böyük biznes dövlətin iqtisadi və texniki gücünü nümayiş etdirir. Orta biznes daxili iqtisadi konyukturadan asılı olaraq qrupu daxilində rəqabətə istinad edən prinsiplər əsasında təşəkkül tapır. Kiçik biznes isə əsasən daxili bazara köklənən əmtəə və xidmətləri reallaşdırır. Biznes istehsal, kommersiya və maliyyə növlərinə də ayrılır.