gototop gototop

Словарь

BİRBAŞA İSTEHSAL XƏRCLƏRİ

müəssisənin çəkdiyi xərclərin bir hissəsi məhsulun hazırlanması prosesi ilə bilavasitə bağlıdır və birbaşa uçot metodu ilə ayrı-ayrı məmulat növlərinin maya dəyərinə daxil ola bilər. Birbaşa xərclərə aiddir: xammal və materialların alınmasına çəkilən xərclər, yarımfabrikatların kənardan satın alınmasına çəkilən xərclər, istehsal işçilərinin əsas və əlavə əməkhaqqı, texnoloji alət və tərtibatların alınmasına və bərpasına çəkilən xərclər, yeni növ məhsul istehsalının mənimsənilməsi ilə əlaqədar olan xərclər və digər xüsusi xərclər.