gototop gototop

Словарь

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI, BYİB
  1. (ingiliscə - International Bank for Reconst-raction and Development, IBRD - Beynəlxalq Yenidənqurma və Inkişaf Banki, BYİB) - BMT-nin ixtisaslaşdırılmış maliyyə təsisatı. BYİB Bretton-Vuds razılaşdırması əsasında 1945-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Vaşinqtonda yerləşir. BMT-nin ixtisaslaşdırılmış beynəlxalq valyuta-maliyyə təşkilatı kimi Dünya Bankına daxil olan beynəlxalq kredit təşkilatı BYİB-nin əsas fəaliyyətini nisbi aşağı faizlərlə (illik 10%) hökumət zəmanətləri əsasında inkişaf etməkdə olan ölkələrin dövlət və özəl təşkilatlarına uzunmuddətli kreditlər vermək təşkil edir. Bankın üzvləri BVF-yə daxil ölkələr ola bilərlər.