Архив
Словарь
(ingiliscə - International Tax and Investment Organisation, ITIO - Beynəlxalq Vergi və İnvestisiya Təşkilatı, BVİT) - inkişaf etməkdə olan kiçik ölkələrin maliyyə və vergiqoyma sferasında maraqlarının müdafiəsi səylərinin birləşdirilməsi üzrə yaradılmış beynəlxalq təşkilat. 2001-ci ildə 13 ofşor zonan yurisdiksiyası tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) onlara qarşı başladığı “ziyanverici” vergi siyasəti kampaniyasına görə təsis edilmişdir. Hazırda BVİT-ə 17 inkişaf etməkdə olan dövlət və ərazi - Angiliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz Britaniya Virgin adaları Vanuatu, Qərbi Samoa, Kayman adaları, Labuan, Panama, Kuk adası, Men adası, Sent-Kitts və Nevis, Sent Lyusiya, Sent Vinsent və Qrenadin, Terks və Kaykos daxildir.