Архив
Словарь
BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ TƏŞKİLATI - TÜRKSOY
(türkcə - Uluslarası Türk Kültürü Teşkilatı) - türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat. Üzv ölkə və regionlar: Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Moldovada - Qaqauz Muxtar Vilayəti, Rusiya Federasiyasında - Tatarıstan Respublikası, Altay Respublikası, Başqırdıstan Respublikası, Xakasiya Respublikası, Yakutiya Respublikası və Tuva Respublikası.