gototop gototop

Словарь

BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI, BMQT

(ingiliscə - International Organization for Migration, İQM - Beynəlxalq Miqrasiya Təşkilatı, BMqT) - miqrassiya sahəsində aparıcı beynəlxalq hökumətlərarası təşkilat. 1951-ci ildə təsis edilmişdir. BMqT-nin məqsədi qaydaya salınmış və planlı beynəlxalq miqrasiyanın təşkilinin, göstərilən məsələlər üzrə təcrübə və informasiya mübadiləsinin təmin edilməsidir. BMqT beynəlxalq birlikdə miqrasiyanın aktual məsələlərinin həllinə kömək etmək, miqrasiya sahəsində problemlərin dərk edilməsini yaxşılaşdırmaq, miqrasiyanın köməyi ilə sosial və iqtisadi inkişafı dəstəkləmək, mühacirlətin şərəfini və rifahını təsdiqləmək kimi fəliyyətləri həyata keçirir. BMqT-nin fəaliyyətinin əsas istiqamətləri sırasında ölkələrin spesifik ehtiyacları nəzərə alınmaqla əhalinin nizamlı miqrasiyasını, vətənini məcburən tərk etmiş mühacirlərin mütəşəkkil hərəkətini, hökumət və qeyri-hökumət təşkilatları üçün təcrübə və informasiya mübadiləsini təmin etmək, qeyri-leqal miqrasiyanın qarşısını alınmaq, dövlətlərin iqtisadi, sosial və mədəni inkişafı məqsədilə ixtisaslı insan resurslarını bölüşdürürmək kimi funksiyalar durur. Hazırda 101 dövlət BMqT-nin üzvüdür və daha 30 ölkənin isə müşahidəçi statusu var. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.