gototop gototop

Словарь

BEYNƏLXALQ ELEKTROENERJİ BAZARI

(ingiliscə - international electricity market - beynəlxalq elektrik enerjisi bazarı) - elektrik enerjisinin alqı-satqısının həyata keçirildiyi regional bazarlar məcmusu. Dünyada vahid qlobal elektroenerji bazarı da mövcüd deyildir. Burada sistem regional xarakterlidir. Hazırda planetdə istehsal olunan elektrik enerjisinin yalnız 4-5%-i beynəlxalq (regional) bazarlara çıxarılır. İndi dünyada ildə 10 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edən bir neçə aparıcı ölkə vardır (Kanada, Paraqvay, Rusiya, Fransa). Bununla belə, dünyanın bir çox məntəqələrində qonşu və region dövlətləri arasında elektrik enerjisi ticarəti və mübadiləsi həyata keçirilir.