gototop gototop

Словарь

BEYNƏLXALQ EKSPERİMENTAL İSTİLIK-NÜVƏ REAKTORU, İT
“BEYNƏLXALQ EKSPERİMENTAL İSTİLIK-NÜVƏ REAKTORU”, İTER - (ingiliscə - International Thermonuclear Experimental Reactor - Beynəlxalq Eksperimental İstilik-nüvə Reaktoru) - beynəlxalq eksperimental istilik-nüvə reaktoru layihəsi. İTER-in vəzifəsi istilik-nüvə reaktorunun kommersiya məqsədləri üçün istifadə imkanlarını nümayiş etdirmək və bu istiqamətdə qarşıya çıxa biləcək fiziki və texnoloji problemlərin həllinə nail olmaqdır. Layihədə Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya, Şimali Koreya, Çin, Hindistan, Rusiya və Qazaxıstan iştirak edirlər. Reaktorun layihələndirilməsi tam başa çatdırılmış, Fransanın cənubundakı Kadaraş məntəqəsində tədqiqat mərkəzinin tikintisinə start verilmişdir. Çoxmilyardlıq qurğunun 2020-ci ildə sınaqdan keçirilməsi gözlənilir. Bu sahədə aparılan elmi tədqiqatlarda irəliləyişlər əldə edilsə də, daim yeni texniki problemlər qarşıya çıxır. İlk sənaye əhəmiyyətli idarəolunan istilik-nüvə reaktorunun yaradılması təqribən 2040-cı ildən sonraya proqnozlaşdırılır. Layıhənin abberiviaturası - İTER akronimi, həm də, latın mənşəli “iter” - “yol” sözünü əks etdirir.