gototop gototop

Словарь

BEYNƏLXALQ EKSPEDİTORLAR ASSOSİYASİYASI - FIATA

(ingiliscə - International Federation of Freight Forwarders Associations, FIATA - Nəqliyyat-Ekspeditorlar Ittifaqının Beynəlxalq Ferderasiyası - FİATA) dünyanın 150 ölkəsinin milli ekspeditorlar ittifaqlarını birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatı. FİATA Avropanın 16 milli və regional assosiasiyası tərəfindən 31 may 1926-cı ildə Avstriyanın paytaxtı Vyanada təsis olunmuşdur. Onun ekspeditor sahəsi təxminən 10 milyon əməkdaşın çalışdığı müxtəlif mülkiyyət formalı 40 mindən çox müəssisənı əhatə edir. Fərdi əsasda 5 mindən çox ekspeditor şirkəti və təşkilatı FİATA-nın üzvüdür. FİATA BMT-nin bir sıra institutlarında - İqtisadi və Sosial Şurada (ECOSOC), Ticarət və İnkişaf Konfransında (UNCTAD) və Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında (UNCITRAL) məsləhətçi statusuna malikdir. Onun ekspeditorluq sahəsi Beynəlxalq Ticarət Palatası (İSS), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA), Beynəlxalq Dəmir Yolları İttifaqı (UİC), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İPU), Beynəlxalq Gömrük İttifaqı (WCO) və Dünya Ticarət Təşkilatını (WTO) əhatə edir. Ümumilikdə FİATA nəqliyyat və ekspedisiya sferalarını əhatə edən 29 beynəlxalq təşkilatla əlaqələrə malikdir. Nizamnaməsinə uyğun olaraq, təşkilatın məqsəd və vəzifələri müxtəlif ölkələrin ekspeditorlarını vahid təşkilatda birləşdirməkdən, dünya ekspeditor bazarında maraqlarını və həmçinin müvafiq fəaliyyətlə məşğul olan təşkilatlarda iştirakı əsasında müdafiəsini təmin etməkdən, ekpeditorlar sahəsində peşəkar kadr hazırlığına, təcrübədə tətbiq üçün ümumiləşdirilmiş ekspeditor sənədlərinin işlənməsinə və ekspeditor fəliyyəti istiqamətində bu və ya digər xidmətlərin yaxşılaşdırılmasına  yardım göstərməkdən ibarətdir. Təşkilatın strurukturuna Mültimodal Daşımalar İnstitutu, Hava Daşımaları İnstitutu, Gömrük İişləri İnstitutu, təhlikəli yüklər, informasiya texnologiyaları, hüquqi məsələlər və peşəkar təhsillə bağlı dörd məsləhətçi şura daxildir. FİATA-nın milli assosiyasiyaları Avropa, Afrika və Orta Şərq, Şimali və Cənubi Afrika, Şimali və Cənubi Amerika, Asiya və Sakit Okean olmaqla dörd regionu əhatə edir. Mənzil qərərgahı İşveçrənin Qlattburq şəhərində yerləşir. Rəsmi saytı - http://www.fiata.com