Архив
Словарь
BEYNƏLXALQ DƏNİZ DİBİ TƏŞKİLATI, ISA
- (ingiliscə - International Seabed Authority - Beynəlxalq Dəniz dibi Orqanı) - Dəniz hüququ üzrə BMT-nin konvensiyası əsasında milli yurisdiksiya sərhədləri kənarında, dəniz dibinin beynəlxalq rayonunda mineral resursların kəşfiyyatı və işlənməsinin təşkili və nəzarəti üzrə təsis edilmiş hökumətlərarası təşkilat. Təşkilatı 36 nəfərdən ibarət Şura idarə edir. Onlardan dördü - çıxarılacaq metalları ən çox istehlak edən ölkələrin, dördü - həmin metalları quruda ən çox istehsal edən ölkələrin, dördü - okean və dənizlərin təkinin mənimsəniləməsində daha çox nailiyyət qazanmış ölkələrin nümayəndələridir. Qalan 24 nəfər Şura üzvlüyünə nümayəndələri isə inkişaf etməkdə olan ölkələr verə bilərlər. ISA neytral sulardakı mineralların hasilat məsələlərinə nəzarət etmək, burada kəşfiyat və istismarla məşğul olmaq niyyətində olan şirkətlərə lisenziya vermək hüququna malikdir. ISA həmçinin neytral sulardan hasil olunacaq məhsulun dəyərinin bir hissəsinin inkişaf etməkdə olan ölkələrin hesablarıa keçirilməsini tələb edir. Bu konvensiya prinsip etibarı ilə dünya hüquq praktikasında inqilab hesab olunur. Buradakı müddəaların yalnız okeana aid məsələləri əhatə etməsinə baxmayaraq o ilk ümümdünya konstitusiyası kimi qiymətləndirilir. ISA-nın mənzil-qərərgahı Yamaykanın paytaxtı Kinqston şəhərində yerləşir.