gototop gototop

Словарь

BEYNƏLXALQ DAŞ KÖMÜR BAZARI

(ingiliscə - international coal market - beynəlxalq daş kömür bazarı) - daş kömür ticarətinin aparıldığı regional bazarlar məcmusu. Hazırda bir-biri ilə qarşılıqlı əlaqdə iki ayrıca energetik kömür (elektrik enerjisi istehsalı üçün) və kokslaşan kömür (polad istehsalı üçün) bazarları fəaliyyət göstərir. Regional seqmentləşmə baxımından kömür satışı iki - Avroatlantik (ABŞ, Asiya-Sakit Okean ölkələri, Latın Amerikası, Cənubi Afrika Respublikası, Polşa, Rusiya) və Asiya-Sakit Okean (Avstraliya, İndoneziya, Çin, Cənubi Afrika Respublikası, Kanada) bazarlarında reallaşdırılır. Müəyyən ölkələr hər iki istiqamətdə ticarət aparır və bazarın əsas fiqurantları kimi çıxış edirlər. Daş kömürlə ticarətin böyük hissəsi spot təchizatlar formasında uzunmüddətli kontraktlar vasitəsi ilə həyata keçirilir. Beynəlxalq birjalarda dünya kömür hasilatının 20%-i, əsasən də energetik kömür və yüksək keyfiyyətli kokslaşan kömürün ticarəti həyata keçirilir. Ücuz qonur kömürlə bağlı beynəlxalq ticarət ümumən aparılmır.