gototop gototop

Словарь

KRAUDFANDİNQ

(ingiliscə - crowd funding - xalq malyyələşcdirməsi, crowd - “izdiham” + funding “malyyələşcdirmə”) internet vasitəsilə digər insanların və ya təşkilatların (resipientlər) ıməkdaşlığını dəstəkləmək üçün könüllü şəkildə pullarını və ya digər resurslarını bir araya gətirən insanların (donorların) kollektiv əməkdaşlığı. Vəsaitin toplanması müxtəlif məqsədlərə, o cümlədən təbii fəlakətlərdən zərər çəkənlərə yardım, azarkeşlər tərəfindən dəstək, siyasi kampaniyaların dəstəklənməsi, startap şirkətlərinin və kiçik sahibkarlığın maliyyələşdirilməsi, azad proqram təminatının yaradılması, birgə investisiyalardan mənfəət əldə edilməsi və s. bu kimi çox məsələlərə xidmət edə bilər. Kollektiv maliyyələşdirmə üçün çıxan layihə adətən startap (start götürən, başlanğıcşı), vəsit axtaranı, layihə nümayəndəsini faunder (təsisçi), layihəyə maddi töhfə verənlər, investorlar isə beker (dəstəkçi) adlandırılır. Kraudfandinq həmçinin, müəssisənin kiçik paylarını geniş investorlar spektrinə satılması yolu ilə bir şirkətin maliyyələşdirilməsinə də aid oluna bilər. Bu tip kraudfandinq isə Amerika rəsmiləri tərəfindən xüsusi diqqət almışdır. Belə ki, 2012-ci ildə ABŞ prezidenti olman Barak Obama startap şirkətləri əvvəl tətbiq kimi, qiymətli kağızlar təqdim etmədən və səhm satmaq üçün qeydiyyatdan keçmədən kraudfundinq yolu ilə 1 milyon dollara qədər vəsait toplamağa icazə verən yeni qanun imzalamışdır.