Архив
Словарь
BAZAR KAPİTALLAŞMASI
(ingiliscə - market capitalization - bazar kapitallaşması) obyektin cari bazar (birja) qiyməti əsasında hesablanmış dəyəri. Maliyyə göstəricisi bazar alətlərinin, müəssisələrin və bazarların məcmu dəyərini qiymətləndirmək üçün istifadə olunur. qiymətli kağızlar bazar kapitallaşması, səhmdar cəmiyyətin bazar kapitallaşması və fond bazarının bazar kapitallaşması kimi xüsusi növləri fərqləndirilir.