gototop gototop

Словарь

PERFORMANS-MARKETİNQ

(ingiliscə - performance based marketing - nəticələrə əsaslanan marketinq) mümkün qədər tez konkret, maliyyə cəhətdən ölçülə bilən biznes nəticələrinə nail olma məqsədi daşıyan internet marketinq konsepsiyası. Konsepsiya, şirkətin məqsəd və xüsusiyyətlərinə əsaslanaraq, internet marketinq alətlərinin vahid strategiyaya inteqrasiyasını nəzərdə tutur. Performanc-marketinq strategiyası real vaxt rejimində analitik əsasında aparılır. Amerika marketinqində klassik konsepsiyadır. Əsas ideyası marketinqə istənilən investisiya ölçülə bilən gəlir gətirməlidir, xərclənən hər bir dolların nəticəsi olmalıdır.