Архив
Словарь
PERFORMANS
(ingiliscə - performance - təqdimat, ifa etmə, çıxış) müasir incəsənətin qeyri-adi və yaradıcı forması, bədii tamaşa janrı. Sənətçi real vaxt rejimində baş qəhrəmanı olduğu maraqlı, bəzən də şoka salan tamaşa nümayiş etdirir. Bəzən teatr, rəqs, musiqi, sirk çıxışları və s. kimi bədii-artistlik fəaliyyətinin ənənəvi formalarını performans adlandırılır. Lakin müasir incəsənətdə “performans” termini ümumiyyətlə təsviri sənət ənənəsini miras qoyan avanqard və ya konseptual sənət formalarına aid edilir.