Архив
Словарь
(ingiliscə - technical regulation - texniki tənzimləmə) məhsul təhlükəsizliyi tələblərinə və ona aid olan proseslərə, məhsulun təhlükəsizliyinin təmin edilməsi və təsdiq olunmasının üsul və vasitələrinin seçilməsinə icazə verilməsinə və istehsalçıların qadağaların müəyyən edilməsində iştirakına dair hüquqi aktları birləşdiri. Üç sahədə - 1) məhsula olan məcburi tələblərin müəyyən edilməsi, tətbiqi və icrası sahəsində, habelə məhsulun tələblərinə bağlı layihələndirmə (o cümlədən axtarış), istehsal, tikinti, quraşdırma, sazlama, istismar, saxlanma, daşınma, satış və utilizasiya proseslərini; 2) məhsula olan tələblərin könüllülük əsasında tətbiqi, habelə məhsulun tələblərinə bağlı layihələndirmə (o cümlədən axtarış), istehsal, tikinti, quraşdırma, sazlama, istismar, saxlanma, daşınma, satış və utilizasiya, işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi; 3) uyğunluğun qiymətləndirilməsi sferasında əlaqələrin hüquqi tənzimlənməsini ehtiva edir. Məcburi tələblər texniki reqlamentlərlə müəyyən edilir. Azərbaycan Respublikası qanunvericiliyində texniki tənzimləmə - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi kimi şərhini tapır.