Архив
Словарь
(ingiliscə - Azerbaijan Mortgage and Credit Guarantee Fund - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə 2005-ci ildə Azərbaycan Respublikasının Milli Bankı nəzdində təsis olunmuş fond. Fondunun yenidən təşkili yolu ilə 2015-ci ildə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC və 2017-ci ildə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşməsi ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır. Nizamnaməsinə əsasən Fond ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir, ipoteka kreditləri, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatlar verir, sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir.