gototop gototop

Словарь

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ

(ingiliscə - High Attestation Commission under the President of the Republic of Azerbaijan - Azərbaycan Respublıkasının Prezıdentı Yanında Alı Attestasıya Komıssıyası, AAK) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya nazirlik statusuna malik qurum kimim Azərbaycan Respublikasının Prezidentinə tabedir.1992-ci ildə yaradılmışdır. AAK elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə alimlik dərəcələrinin (elmlər namizədi, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdən (təşkilatlardan, birliklərdən) və ali məktəblərdən təqdim olan attestasiya işlərinin ekspertizasını həyata keçirir. İşləri, alimlik dərəcələrinə və elmi adlara olan tələblərə cavab verən iddiaçılara AAK tərəfindən müvafiq alimlik dərəcələri və elmi ad verilir, habelə uyğun diplom və attestat təqdim edilir. Mənzil-qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir.