Архив
Словарь
(ingiliscə - Azerbaijan Caspian Shipping Company - Azərbaycan Dövlət Xəzər Dənız Gəmıçılıyı, ADXDK) dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların həyata keçirən Azərbaycanın iri dövlət dəniz gəmiçiliyi şirkəti. 2014-cü ildə Azərbaycanda mövcud iki böyük donanma - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi yolu ilə yenidən təşkil olunmuşdur. Rəsmi yaranma tarixi 1858-ci il may ayının 21-i sayılır. Məhz bu tarixdə Rusiya senatının fərmanı ilə “Qafqaz və Merkuri” Səhmdar Dənizçilik Cəmiyyəti yaradılmışdır. Xəzər Dəniz Gəmiçiliyi 1992-ci ilə qədər SSRİ Dəniz Donanması Nazirliyinin tərkibindəki 17 gəmiçilik idarəsindən biri idi. ADXDG Xəzər hövzəsində gəmilərə sahib olan iri kompaniya kimi əsas fəaliyyət istiqamətlərini yük daşınması, əsasən neft və neft məhsulları təşkil edir. ADXDG yük və şərnişin daşımaları ilə yanaşı, həm də neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçiliyin nəqliyyat donanmasının 300- qər müxtəlif təyinatlı gəmiləri əhatə edir. Şirkətin bir sıra gəmiləri Qara və Aralıq dənizlərində taym-çarter müqaviləsi əsasında kommersiya reysləri icra edir, digər əsas hissəsi isə Xəzər hövzəsində istismar olunur. Gəmiçilik Xəzərdə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayır. Transxəzər istiqamətində yüklərin daşınması üçün hazırda dəmir yol vaqonları, avtomaşınlar və sərnişin daşıyan gəmi-bərələrindən və tankerlərdən istifadə olunur. Xəzər Dəniz Gəmiçiliyinin tanker donanması Xəzərdə ən güclüdür. Avroasiya dəhlizi Çinin Lyanyunqan limanından başlayaraq Avstriyanın paytaxtı Vena şəhərinədək uzanır. Bu təxminən 11-12 min km məsifədir. Yüklər müxtəlif növ nəqliyyat vasitələri ilə fərqli qanunvericiliklərə, gömrük və sərhəd prosedurlarına malik olan bir çox ölkələrdən keçirilməklə daşınır. Avroasiya dəhlizi Xəzər Dəniz Gəmiçiliyi üçün Xəzərdə əsas yük bazasıdır. Daşınmalar Xəzər Dəniz Gəmiçiliyinin tankerləri ilə Aktau-Abşeron, Alaca-Abşeron, Alaca-Bakı, Okarem-Abşeron, Okarem-Bakı, Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutları üzrə icra edilir. ADXDG-də gəlirlərin 95%-dən çoxunu yükdaşımalardan gələn gəlirlər, Qalan hissəsini isə sərnişindaşımalardan və sairə xidmətlərdən gələn gəlirlər təşkil edir.