gototop gototop

Словарь

ZƏHƏRLİ MADDƏLƏR

(ingiliscə - toxıc substances - zəhərli maddələr) güclü təsir etmək xüsusiyyətli, insalarda və digər canlılarda güclü zəhərlənmə yaratma qabiliyyətinə malik, həmçinin ətraf mühitin çirklənməsinə səbəb olan toksik maddələr (pestisidlər, amonyak, metanol, xlor, yod, natriumsionid, sulfat turşusu və s.). Mənşəyinə görə zəhərli maddələr təbii və sintetik ola bilər. Əməyin mühafizəsi standartları sistemində orqanizmə məruz qalma dərəcəsinə görə bütün zərərli maddələr xammal, məhsul, ara məhsul və istehsal tullantıları olmaqla dörd təhlükə sinifinə bölünür: I - son dərəcə təhlükəli maddələr; II - yüksək təhlükəli maddələr; III - orta dərəcədə təhlükəli maddələr; IV - az təhlükəli maddələr. Belə bölgü üçün əsas, maddələrin fiziki xüsusiyyətləri ilə əlaqəli toksiklik göstəricilərinin ədədi kəmiyyətləridir.