Архив
Словарь
(ingilcə - Green economy - Yaşıl iqtisadiyyat) iqtisadiyyatın təbii mühitdən asılı komponenti hesab edilən iqtisad elminin XX əsrin sonunda formalaşmış istiqaməti. Yaşıl iqtisadiyyat konsepsiyasına iqtisad elminin və fəlsəfənin bir çox digər istiqamətlərinin - feminist iqtisadiyyat, postmodernizm, resurs yönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühit iqtisadiyyatı, antiartım, antiistehlakçılıq, antiqlobalizm, yaşıl anarxizm, yaşıl siyasət, beynəlxalq münasibətlər nəzəriyyəsi və s. sahələrin fikirləri daxildir. Yaşıl iqtisadiyyat nəzəriyyəsi üç aksiomaya əsaslanır - məhdud bir məkanda təsir dairəsini sonsuz genişləndirmək mümkün deyil; məhdud resurslar şəraitində sonsuz artan ehtiyacların ödənilməsini tələb etmək mümkün deyil; Yer səthindəki hər şey bir-birinə bağlıdır. Bu məntiqdən irəli gələrək yaşıl iqtisadiyyatın tərəfdarları neoklassik məktəbi tənqidi yanaşır, iqtisadi artım nailolma səylərini müasir reallıqlarda qəbuledilməz hesab edirlər.