Архив
Словарь
YAĞLI QAZ
(ingiliscə - fat gas- yağlı qaz) mayeləşdirilmiş qazların və ya qaz benzinlərinin alınması üçün tərkibində ağır karbohidrogenlərin kifayətedici miqdarda olduğu qaz. Təcrübədə yağlı qaz 1 m3-də 60 qramdan çox qaz benzini olan hesab edilir. Belə tərkibli qazlar qaz-kondensat və neft yataqları üçün xarakterikdir.