Архив
Словарь
UAYT-SPİRİT
(ingilscə - white spirit - ağ spirt) maye alifatik və aromatik karbohidrogenlərin qarışığı, benzin həlledici. Açıq rənglidir. Neftin birbaşa distilləsindən və bəzən də əlavə hidro təmizləmədən alınır. Stoddart həlledicisi də (Stoddard solvent) adlandırılır. Əsasən lak-boya sənayesində lakların, yağlı boyaların, alkid emalların və bitum və kauçuk təyinatlı qatışıqlarda həlledici kimi istifadə olunur. Bütün neft fraksiyaları, bitki yağları və piylər, kükürdün, oksigenin və azotun üzvi birləşmələrini yaxşı həll edir. Uayt-spirit yanacaq kimi satılmasa da, kerosinin yüngül növü olaraq portativ sobalar üçün kerosinin alternativi kimi istifadə edilə bilər.