Архив
Словарь
(latınca - triviali - “üç yolun kəsişməsində”, “küçə” - ingiliscə - trivial name - mənsız, əhəmiyyətsiz, puç ad) elmi nomenklaturada qəbul ediləndən fərqli olaraq hər hansı bir obyektin və ya fenomenin gündəlik istifadə edilən adı. Trivial adlar biliyin iki sahəsində - kimya və biologiyada yayılmışdır. Bu adlar çisimlərin molekulyar quruluşuna, kimyəvi tərkibinə və ya canlı orqanizmlər arasındakı filogenetik əlaqələrə uyğun olaraq adlandırma qaydalarını tənzimləyən nomenklaturanın tətbiqindən əvvəl meydana çıxmışlar. Tarixən trivial adlar təcrübədə maddələri təyin etmək üçün istifadə olunurdu. Bu baxımdan onların adları kimyəvi quruluşu deyil, adı verilən obyektlərin görünüşünü və ya spesifik xüsusiyyətlərini əks etdirir. Bir çox trivial adlar kimyagərlər tərəfindən təqdim edilmişdir. Trivial adlar indiyə kimi də sistematikdən daha qısa olduqda yalnız məişətdə deyil, peşəkarlar tərəfindən geniş istifadə olunur.