Архив
Словарь
(ingilscə - “Lubricants” - Sürtkü yağları) neftin distilləsinin əlavə məhsullarından alınmış karbohidrogenlər, avtomobil texnikası, sənaye maşınların və mexanizmlərinin sürtünən və toxunan hissələr hissələrində, həmçinin məişətdə sürtünmə nəticəsində yaranan aşılanmanın azaldılmasında istifadə olunan bərk, plastik, maye və qazvari maddələr. Material əsaslara görə mineral (karbohidrogenlər, neft emalı məhsulları), sintetik (üzvi və qeyri-üzvi sintez əldə ediələn - silikon sürtkülər) və üzvi (bitki mənşəli - gənəgərçək yağı, palma yağı). Sürtkü yağları kombir əsasda da ola bilər. Aqreqat halına görə bərk, yarımbərk, yarım maye, maye və qazvari olurlar. Təyinatına görə sənaye, mühərrik, transmissiya, reduktor, hidravlik, elekrtik keçirən, plastik yeyinti və s. təsnifatlandırılır.