gototop gototop

Словарь

STİRLİNQ MÜHƏRRİKİ

(ingiliscə - Stirling engine - Stirlinq mühərriki) qaz və ya maye şəklində işçi cismin qapalı həcmdə hərəkətinə əsaslanan istilik maşını, xarici yanma mühərrikinin bir növü. Dövri qızdırmaya və işçi silindirin soyudulması prosesi ilə əlaqədardır. Bu zaman yaranan təzyiq dəyişikliyi ilə enerjinin çıxarılması baş verir. Yalnız yanacağın yandırılmasından deyil, hər hansı bir istilik mənbəyi ilə də işləyə bilər. Şotland keşişi və ixtiraçı Robert Stirlinqin (1790-1878) adı ilə bağlıdır.