Архив
Словарь
SMOQ
(ingiliscə - smoke - tüstü, foq - duman) müəyyən hava şəraitində sənaye müəssisələrinin, nəqliyyatın və istilik istehsal edən qurğuların fəaliyyəti nəticəsində ayrılmış zərərli maddələrlə havanın həddindən artıq çirklənməsi. Atmosferin Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı qatı duman ilə örtməsi ilə müşayiət olunur. Küləksiz sakit havada yaşayış məntəqələrində uzun müddət qala bilir. Bitkilərə ziyan vurur, insanlara mənfi təsir göstərir, immuntenti zəiflədir, yuxusuzluq yaradır, göz və nəfəs orqanlarında xroniki xəstəliklərə səbəb olur.