gototop gototop

Словарь

ROTTERDAM KONVENSİYASI

(ingiliscə - The Rotterdam Convention on the Prior Informed Consent Procedure for Certain Hazardous Chemicals and Pesticides in International Trade - Beynəlxalq ticarətdə bəzi təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası) ayrı-ayrı zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair beynəlxalq konvensiya. Əsasən kimyəvi maddələrin beynəlxalq təcarəti zamanı (idxal və ixracı) tərəflər arasında həmin məhsullar barədə dəqiq məlumat mübadiləsi həyata keçirilir. Sənədi imzalayan ölkələr müqavilədə göstərilən kimyəvi maddələrin idxalına icazə verilməməsi və ya qadağan olunmasına qərar verə bilər, ixrac edən ölkələr isə istehsalçıların öz yurisdiksiyaları daxilində bu tələblərə riayət olunmasına nəzarət etməyə borcludurlar. 1998-ci ilin 10 sentyabrında Niderlandın Rotterdam şəhərində qəbul olunmuş, 2004-cü ilin 24 fevarılnda qüvvəyə minmişdir. Üzvlər 72 ölkə. Azərbaycan Konvensiyaya qoşulmamışdır.