Архив
Словарь
REZİSTOR
(ingiliscə - resistor, latınca - resisto - müqavimət göstərirəm) gərginlikdə cərəyan şiddətinin və cərəyan şiddətində gərginliyin xətti çevrilməsi, cərəyanın məhdudlaşdırılması, elektrik enerjisinin udulması və s. üçün təyin edilən elektrik dövrələrində elektrik müqavimətinin müəyyən və ya dəyişən kəmiyyətinə malik passiv elementi. Rezistor bütün elektrik və elektron qurğularda ən geniş istifadə olunan komponentidir və cərəyan şiddətini azaldaraq digər detal və ya cihazlar üçün əlverişli hala gətirir. Dövrəni qurmağa kömək etmək üçün rezistorlar ardıcıl (bir birinin ardınca) və paralel (bir birinin üstündə) olan kombinasiyalarda birləşdirilə bilir. Müqavimət vahidi 1 Om olaraq adlandırılıb (Volt / Amper).