Архив
Словарь
(ingiliscə - renewable or regenerative energy - reqenerativ və ya bərpa olunun enerji) bəşəri miqyaslar baxımından bərpa olunan və ya tükənməz enerji resurslarınının enerji. “Yaşıl enerji” də adlandırılır. Belə enerjidən istifadənin əsas prinsipi kimi onun ətraf mühitdə daim baş verən proseslərdən alınması və onun texniki tətbiqi ilə bağlıdır. Regenerativ enerji təbii resurlardan - günəş işığı, külək axınları, qabarmalar və geotermal istilik kimi təbii bərpa olan mənbələrdən alınır. Onun üçün əsas vacib şərt onun təyin olunmuş ərazidə mövcudluğu, xarakterik cəhət isə ölkəni, ərazini, təsərrüfatı bərpa olunmayan enerji resurslarından (neft-qaz və s.) onun qiymətindən asılılığını azaldılmasıdır. Bərpa olunun enerji mənbələri - BOEM insan istifadəsi nəticəsində tükənə bilməz və burada əsas prinsip enerjinin ətraf mühitdə baş verən proseslərdən və ya bərpa olunan üzvü resurslardan çıxarılması və onun texniki istifadə üçün təmin edilməsidir. Bir çox hallarda Alternativ enerji mənbələri həm də regenerativ - BOEM kimi çıxış edir. Buna baxmayaraq, bu terminlər tamamilə bir-birini əvəz edilə bilməz. Bu ondan irəli gəlir ki, bir sıra Alternativ enerji mənbələri məhdud resurslara əsaslanır. BOEM hamısı Alternativ enerji mənbələridir. Alternativ enerji mənbələri BOEM ilə yanaşı bir sıra qeyri-ənənvi bərpa olunmaya enerji mənbələrini də ehtiva edir. BOEM-in əsas hissəsi olan Günəş, külək və atmosfer suları enerjisi iqlim resursları (climate resource) da adlandırılır. BOEM-dən istifadədə yeni texnologiyaların tətbiqi sürətlə genişlənir.