gototop gototop

Словарь

REAKTİV GÜCÜN KOMPENSASİYASI

(ingiliscə - reactive power compensation - reaktiv gücün kompensasiyası) gərginliyin tənzimlənməsi və paylama şəbəkələrində isə elektrik itkisini azaltmaq üçün elektrik enerjisi sisteminin qovşağında reaktiv güc balansına məqsədyönlü təsir. Kompensasiya cihazlarından istifadə etməklə həyata keçirilir. Reaktiv gücün kompensasiyası, əsas elektrik qəbulediciləri asinxron mühərriklər olan sənaye müəssisələri üçün xüsusilə vacibdir. Müəssisədə reaktiv enerjinin kompensasiyası tədbirləri transformatorlarda yükün azaldılmasına, onların istisamar müddətinin artırılmasına, elektrik qəbuledicilərində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmasına, enerji xərclərini azaldılmasına, və habelə aşağı güc əmsalı ilə elektrik keyfiyyətinin azaldılmasına görə cərimələrdən yaınmağa imkan verir. Reaktiv güc induktiv xarakterli olduqda kondensatorlardan, kapasitiv xarakterli olduqda isə (elektrik xətlərini kompensasiya etmək üçün istifadə olunduqda) induktorlardan (reaktorlar) istifadə olunur. Reaktiv güc xüsusi cihazla tənzimlənir. Reaktiv güc tənzimləyicisi - personalın iştirakı olmadan aktuatorlara sərəncam verməklə cosφ kəmiyyətini əvvəlcədən müəyyən edilmiş optimal səviyyədə ölçən və saxlayan bir cihazdır.