gototop gototop

Словарь

REAKTİV GÜC

(ingiliscə - reactive power - reaktiv güc) yükə ötrülməyən, lakin istilik və radiasiya itkisinə səbəb olan güc. Reaktiv güc reaktiv elementlərin elektrik və ya maqnit enerjisini toplama və buraxma qabiliyyəti ilə şərtlidur. Reaktiv gücün fiziki mahiyyətini mənbədən qəbuledicinin reaktiv elementlərinə (induktivlik, kondensatorlar, motor sarımları) vurulan, ötürülən və sonra bu dövrə aid edilən bir dalğalanma dövründə həmin elementlər tərəfindən yenidən mənbəyə qaytarılan enerjini əks etdirir. Reaktiv güc ya müsbət (yük aktiv-induktiv xarakter daşıyırsa) və ya mənfi kəmiyyətli ola bilər (yük aktiv-kapasitiv xarakter daşıyırsa). Bu hal reaktiv gücün elektrik cərəyanının işində iştirak etməməsini göstərir. Cihaz müsbət reaktiv gücə malik olduqda bu onu istehlak və mənfi olduqda isə istehsal etməsi kimi qəbul olunmuşdur. Bu sır şərtidir. Belə ki, elektrik enerjisi istehlak edən cihazların əksəriyyəti (asinxron mühərriklər), eləcə də transformator vasitəsilə qoşulmuş xalis aktiv bir yük, aktiv induktivdir.