Архив
Словарь
PESTİSİDLƏR
(latınca - “pestis” - yoluxucu, “caedo” - məhv etmək, öldürmək, ingiliscə - pesticides - pestisidlər) bitkilərin zərərvericiləri və xəstəlikləri, müxtəlif parazitlər, alaq otları, taxıl və taxıl məhsulları, taxta, pambıq məhsulları, yun, dəri, ev heyvanlarının ektoparazitləri və habelə insan və heyvanların təhlükəli xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən üzvü və qeyri-üzvü kimyəvi maddələr. Zəhərli kimyəvi maddələr də adlanır. Bir çox ətyeyən heyvanlara, xüsusən də quşlara öldürücü təsir göstərir. Kənd təsərrüfatı, meşə və kommunal təsərrüfatlarda geniş istifadə olunur. Pestisidlər müvafiq orqanlar tərəfindən istifadə üçün təsdiqlənməlidir.