Архив
Словарь
AEROPORT, HAVA LİMANI
(ingiliscə - airport - hava limanı) aerovağzal kompleksi, aerodrom və s. müvafiq infrastrukturdan ibarət olub, hava nəqliyyatı vasitələri ilə sərnişinlərin, poçt və yüklərin daşınmasını təmin edən nəqliyyat müəssisəsi. Dünyanın 14 mindən artıq aeroportundan 400-ü seçilir və sirada ən iriləri qismində Əl-Məktum (Dubay - BƏƏ), Xatsfild-Dekson (Atlanta - ABŞ), Oxara (Çikaqo - ABŞ), Hitrou (London - Böyük Britaniya), Xaneda (Tokio - Yaponiya), Los-Anjeles (ABŞ), Dallas (ABŞ), Şarl-De-Qoll (Paris - Fransa), Frankfurt (Almaniya), Honkonq (ÇXR), Denver (ABŞ) və digərləri yer alir. İnkişaf etmiş sənaye ölkələrində dünya üzrə aeroportların 60%-i cəmləşmişdir.