gototop gototop

Словарь

QRİNVİÇ ÜZRƏ ORTA VAXT

(ingiliscə - Greenwich Mean Time, GMT - Qrinviç üzrə Orta Vaxt, GMT) Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Qrivniç Kral Rəsədxanasının əvvəlki yerindən keçən meridianın orta günəş vaxtı. 1972-ci ilə qədər qrinviç vaxtı - GMT, digər saat qurşaqları üçün istinad nöqtəsi kimi qəbul edilirdi. Hazırda isə bu keyfiyyətdə Koordinasiya olunmuş Universal Saat - UTC çıxış edir. Qrinviç vaxtı Böyük Britaniyada 1847-ci ildə Dəmir Yolu Hesablaşma Palatası tərəfindən dəmir yolu üçün qəbul olunmuş və tədricən digər sahələrdə də tətbiqini tapmışdır. 1 yanvar 1972-ci il tarixində GMT, dünyadakı atom saatları ansamblı tərəfindən dəstəklənən UTC-yə əsaslanan Beynəlxalq Mülki Saat Standartı ilə əvəz olunmuşdur.