Архив
Словарь
(ingilscə - brown coal, lignite - qonur kömür, liqnit) 50 milyon il əvvəl metamorfizmin (kömürləşmənin) 2-ci mərhələsində lignitdən və ya birbaşa torfdan yaranan gənc bərk dağ suxuru, yanar faydalı qazıntı. Qonur kömür mahiyyətcə “yetişməmiş” daş kömürdür. Adını qonur-qəhvəyi rəngdən qara rəngə qədər dəyişən çalarından almışdır. Qonur kömür 50% karbondan ibarətdir. Tərkibində çoxlu uçucu maddələr, mineral qatışıqlar və nəm də vardır. Bu səbəbdən də daha asan yanır, daha çox tüstü və yanma qoxusu verir. Yataqları 1 km-ə qədər kiçik dərinliklərdə yerləşdiyindən daha asan hasil olunur və və daha ucuzdur. Bu baxəmdan kiçik və xüsusi istixanalarda və istilik elektrik stansiyalarından istifadə olunur. Qonur kömürün emalından maye karbohidrogen yanacaqlarının alınması sürətlə yayılır. Emal qalığı isə his alınması üçün uygundur. Buradan yanacaq qazı çıxarılır, kömür mədən reagentləri və ozokerit (dağ mumu) əldə edilir. Avstraliya, AFR, Rusiya, Ukraynada böyük yataqları var.