Архив
Словарь
QAZ EMALI ZAVODU
(ingiliscə - Gas Processing Plant - Qaz Emalı Zavodu) hasil olunan təbii qazın, qaz kondensatının və yüngül karbohidrogenlərin (əsasən dəniz yataqlarında çıxarılan) geniş fraksiyasının emalını, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirən ARDNŞ-in strukturuna daxil istehsalat müəssisəsi. Zavod 1961-ci ildə istismara başlamışdır. Rekonstruksiya nəticəsində 1986-cı ildə zavodun illik emal gücü ilkin 4,5 milyard m3-dən 6,5 milyard m3-ə çatdırılmışdır. İllik emal gücü 4.5 milyard m3, nizamnamə kapitalı 483 manat, işçi sayı 516 nəfər (01.01.2020). Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşir.