gototop gototop

Словарь

QALİLEO

(ingiliscə - Galileo - Qalileo) Avropa İttifaqı və Avropa Kosmik Agentliyinin birgə peyk naviqasiya sistemi layihəsi. TransAvropa (Trans-European Networks) nəqliyyat layihəsinin bir hissəsidir. Sistem geodeziya və naviqasiya problemlərini həll etmək üçün hazırlanmışdır. Layihədə Avropa İttifaqı ölkələrindən əlavə Çin Xalq Respublikası, İsrail, Cənubi Koreya, Ukrayna da iştirak edir və əlavə olaraq Argentina, Avstraliya, Braziliya, Çili, Hindistan, Malayziya təmsilçiləri ilə danışıqlar aparılır. ABŞ-ın GPS və Rusiyanın GLONASS-dan fərqli olaraq, Galileo sistemi milli hərbi idarələr tərəfindən idarə olunmur. Bununla bel, 2008-ci ildə Avropa İttifaqı parlamenti Avropa siyasəti çərçivəsində həyata keçirilən hərbi əməliyyatlar üçün peyk siqnallarından istifadə etməyə imkan verən “Avropanın təhlükəsizliyi üçün yerin əhəmiyyəti” adlı qərar qəbul etmişdir.