gototop gototop

Словарь

QABARMA ELEKTRİK STANSİYASI, QES

(ingiliscə - Tidal power station - Qabarma elektrik stansiyası) Yer kürəsinin fırlanmasının kinetik enerjisini istifadə edərək dəniz və okeanların qabarmasına əsaslanan su elektrik stansiyasının xüsusi növü. QES-lər Ayın və Günəşin qravitasiyasının suyun səviyyəsini sutka ərzində iki dəfə dəyişdiyi dəniz sahillərində tikilir. Sahildə suyun səviyyəsinin dəyişməsi 18 metrə çata bilər. Qabarmalardan enerji əldə etmək üçün çayın mənsəbi və ya körfəz həm generator və həm də nasos (qabarma və çəkilmələr olmadığı təqdirdə anbara suyun vurulması üçün) rejimində işləyə bilən hidroaqreqatların quraşdırıldığı bəndlə örtülür. Sonuncu halda (nasos variantında), onlar Hidroakkumlyasiya elektrik stansiyası adlanır. Həmçinin, elektrik enerjisinin istehsalı üçün hidroturbinlər dəniz gəmisinə (SR-2000) quraşdırıla bilər. Üstünlüyü ekolojilik və enerji istehsalının aşağı maya dəyərliliyidir. Mənfi tərəfi isə tikintinin yüksək qiyməti və sutka ərzində gücünün dəyişməsidir. Belə vəziyyət isə onu digər tipli güclü elektrik stansiyalarının mövcud olduğu enerji sisteminin tərkibində işləməsini imkanlı edir. QES-lərdən Fransa, Böyük Britaniya, Kanada, Çin, Hindistan, ABŞ, Rusiya və digər ölkələrdə istifadə edilir. Belə bir fikir də mövcuddur ki, QES-lərin işi yerin fırlanmasını ləngidir və bu hal mənfi ekoloji nəticələrə gətirib çıxara bilər. Lakin Yerin nəhəng kütləsini nəzərə aldıqda, onun fırlanmasının olduqca böyük kinetik enerjisinin (~1029 J) ümumi gücü 1000 kVt olan QES-in fəaliyyətini sutka ərzində ~10-14 saniyə artıracağını görərik. Bu isə il ərzində təbii qabarmanın ləngidilməsindan 9 sıra az (~210-5 saniyə) bir kəmiyyətdir.