gototop gototop

Словарь

KVANT İQTİSADİYYATI

(latınca - quantum economy - kvant iqtisadiyyatı) kvant fizikası metodlarının və fikirlərinin iqtisadiyyat sahəsində tətbiq edildiyi tədqiqat sahəsi. Bu, maliyyə əməliyyatları kimi iqtisadi proseslərin kvant prosesləri ilə çox əlaqəli olduğu motivasiyasidan, inamından irəli gəlir. O, kvant maliyyəsi və kvant idrakının əlaqəli sahələrindəki metodlara əsaslanır Kavat iqtisadiyyatının təməlçisi pakistanlı riyaziyyatçı Asqar Qədir (1946) hesab edilir. O, 1978-ci ildə yazdığı “Kvant iqtisadiyyatı” məqaləsində iddia edirdi ki, kvant mexanikasının formalizmi “istehlakçı davranışı bitməyən bir çox amillərdən asılıdır və o, bu məsələyə toxunana qədər heç bir üstünlük verməyəcəyini bilmir” vəziyyətlərin modelləşdirilməsi üçün ən yaxşı riyazi zəmindir. Bundan başqa, kvant fizikası klassik fizikadan kökündən fərqləndiyi kimi, kvant iqtisadiyyatı da neoklassik iqtisadiyyatdan bir sıra əsas aspektləri ilə fərqlənir. Neoklasik iqtisadiyyat insanların üstünlüklərini modelləşdirən faydalılıq nəzəriyyəsi və qeyri-müəyyənlikləri modelləşdirən ehtimal nəzəriyyəsini birləşdirən gözlənilən faydalıq nəzəriyyəsinə əsaslanır. Kvant idrak sahəsi isə öz növbəsində bu fərziyyələri sual altına qoyur. Çünki insanlar mütləq təsbit edilmiş üstünlüklərə mütləq sahib olmalı deyillər və ya onlar qərarları ehtimal nəzəriyyəsinə əsalanır. Davranış iqtisadiyyatının bir çox nəticələri klassik məntiqlə uyğun gəlmir, kvant iqtisadiyyatında qəbul edilən kvant qərarlarının nəzəriyyəsi ilə əlaqələndirilirlər. Neoklasik iqtisadiyyat, insanların iqtisadi qərarların qəbul olunmasında müstəqil hərəkət etdiklərini nəzərdə tutur. Kvant iqtisadiyyatı qeyd edir ki, maliyyə subyektləri kvant oyunlar nəzəriyyəsində olduğu kimi dolaşıq olan sistemin bir hissəsidir. Bundan başqa kvant iqtisadiyyatı, həmçinin maliyyə əməliyyatlarının əhəmiyyətini və xüsusən də pulun iqtisadiyyatda aktiv qüvvə rolunun mühümlüyünü (məsələn onlar borcluları və kreditorları necə birləşdirdiyini) vurğulayır. Beləliklə, kvant iqtisadiyyatına fərqli fərziyyələr toplusundan irəli gələn neoklassik iqtisadiyyata alternativ kimi baxıla bilər.